Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Kriminal / Türkiyədə sevgilisi Günay Səfərovanı qətlə yetirdi, təslim oldu

Türkiyədə sevgilisi Günay Səfərovanı qətlə yetirdi, təslim oldu

Türkiyənin Tekirdağ bölgəsində 41 yaşlı azərbaycanlı Günay Səfərova yaşadığı evdə sevgilisi Tarık T. tərəfindən qətlə yetirilib.

Virtualaz.org xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumatı yayıb.

Hadisə Tükirdağın Çorlu qəsəbəsində ötən gün baş verib. 48 yaşlı Türkiyə vətəndaşı Tarık T. qızı və oğlu ilə birgə yaşayan sevgilisi Günay Səfərovanın evinə gedib. Onların arasında məlum olmayan səbəbdən mübahisə yaranıb və Tarık T.  Səfərovanı 8 bıçaq zərbəsi ilə qətlə yetirib. Daha sonra bıçaqla bərabər polis bölməsinə gəlib və təslim olub.

Polis əməkdaşları G. Səfərovanın yaşadığı Kazımiye məhəlləsinə gələrək çilingər yardımı ilə evə daxil olublar. Meyit Çorlu Dövlət Xəstəxanasının morquna aparılıb. Səfərovanın evin eyvanında saxladığı iki it Çorlu bələdiyyəsinə məxsus heyvan sığınacağına yerləşdirilib.

Hazırda qətlin təfərrütaları araşdırılır.

Həmçinin oxuyun

Vilyam Hacıyevin həbs müddəti uzadıldı

Bu gün Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DXT) əməkdaşları tərəfindən saxlanılmış İmişli Rayon İcra …