Bazar , Sentyabr 22 2019
Ana səhifə / Kriminal / Türkiyədə nazir müavini qəzada öldü

Türkiyədə nazir müavini qəzada öldü

Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Ahmet Haluk Dursun yol qəzasında dünyasını dəyişib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, nazir müavininin içərisində olduğu avtomobil  Vanın Erciş ərazisində dərəyə yuvarlanıb. Dursun qəza zamanı dünyasını dəyişib, 3 nəfər isə yaralanıb. Yaralılar Erciş Dövlət Xəstəxanasına aparılıb.

Qeyd edək ki. Ahmet Haluk Dursun Malazgird qələbəsinin 948-ci ildönümü münasibətilə Türkiyə Yazıçılar Birliyinin Malazgirddə təşkil etdiyi tədbirdən qayıdırmış.

Həmçinin oxuyun

Bakıda Avropa Hərəkatı prezidentinin evi ikinci dəfə yandırıldı (VİDEO)

Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılının evi yenidən yanıb.Ramin Hacılı bu barədə sosial mediada məlumat yayıb.“Həmvətənlər, bu …