Çərşənbə , Aprel 21 2021
Ana səhifə / Kriminal / Türkiyədə küçə davası: azərbaycanlı qadın bıçaqlandı

Türkiyədə küçə davası: azərbaycanlı qadın bıçaqlandı

Türkiyədə küçə davasında azərbaycanlı qadın bıçaqlanıb.

“Haberler.com” bildirir ki, hadisə Muğlanın Fethiye bölgəsində baş verib.

Belə ki, inşaatda çalışan iki dost – S.A və Mustafa Cömert arasında naməlum səbəbdən dava düşüb.

Nəticədə S.A yanında gəzdirdiyi bıçaqla Mustafanı və azərbaycanlı Nazifə Mustafayevanı bıçaqlayıb.

Ətrafdakı insanların çağırdıqları təcili yardımla xəstəxanaya çatdırılan M.Cömert vəfat edib, Nazifə Mustafayevanın isə həyatı üçün təhlükə olmadığı bildirilib.

Hadisəni törədən şəxs saxlanılıb, araşdırma aparılır.

Həmçinin oxuyun

Sabiq başçının ailəsi yaşadıqları evdən çıxarıldı – Foto

Həbs olunan İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin ailəsi 124 manata kirayə yaşadığı …