Şənbə , Noyabr 28 2020
Ana səhifə / Kriminal / Türkiyədə güclü partlayış – 2 ölü, 74 yaralı + Fotolar

Türkiyədə güclü partlayış – 2 ölü, 74 yaralı + Fotolar

Türkiyənin Sakarya vilayətində fişəng istehsal edən fabrikdə güclü partlayış baş verib.

“Qafqazinfo”nun “Hürriyət”ə istinadən xəbərinə görə, hadisə nəticəsində 2 nəfər ölüb, 73 nəfər xəsarət alıb. Bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Prezident Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə Daxili İşlər naziri Süleyman Soylu, Səhiyyə naziri Fəxrəddin Qoca, Sosial Xidmətlər və Ailə naziri Zəhra Zümrüd Səlcuq hadisə yerinə yollanıb.

***

Prezident R.T.Ərdoğanın sözlərinə görə, fabrikdə 189 işçi olub. Onlardan 2-si vəfat edib, 74-ü yaralanıb. Xəsarət alan şəxslərdən birinin vəziyyəti ağır qiymətləndirilir.

Həmçinin oxuyun

“Qulini snayperlə vurdular” – qatil və sifarişçi haqda sensasion bilgilər

Bu ilin avqust ayının 20-də Antalyadakı hotellərin birində qətlə yetirilən “qanuni oğru” Nadir Səlifovun (Quli …