Bazar , Oktyabr 25 2020
Ana səhifə / Kriminal / Türkiyədə fındıq birjası fəaliyyətə başlayır

Türkiyədə fındıq birjası fəaliyyətə başlayır

Türkiyənin Giresun şəhərində Giresun Ticarət Birjası (GTB) tərəfindən “Fındıq lisenziya anbarı və nağd satışı birjası” sentyabr ayının 8-dən fəaliyyətə başlayır.

“Report” “Habertürk” saytına istinadən xəbər verir ki, fındıq birjası layihəsi Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir.

GTB-nin İdarə Heyəti sədri Temel Yanıkoğlu bildirib ki, şəffaf və obyektiv çalışacaq sistem sayəsində keyfiyyətli məhsul yüksək qiymətə satılacaq.
Açılış mərasimində Türkiyənin müdafiə naziri Nurəddin Canikli, gömrük və ticarət naziri Bülent Tüfenkçi, qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Ahmet Eşref Fakıbaba və Türkiyə Palatalar və Birjalar Birliyinin sədri Rıfat Hisarçıklıoğlu iştirak edəcəklər.

 

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …

Bir cavab yazın