Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Kriminal / Türkiyədə ev yandı: 3 azərbaycanlının vəziyyəti ağırdır

Türkiyədə ev yandı: 3 azərbaycanlının vəziyyəti ağırdır

Türkiyənin Samsun vilayətinin Havza rayonunda evdə baş verən yanğın nəticəsində 3 azərbaycanlı yaralanıb. Virtualaz.org xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Yanğından yaxınlıqdan keçən polis əməkdaşları xəbər tutublar. Onlar yanan evdən çıxmağa çalışan gənc oğlanı təcili yardımla xəstəxanaya yola salıblar.

Evdən ağır yanıq xəsarətləri alan ailə üzvləri – 45 yaşlı Aynur Allahverdiyeva və həyat yoldaşı 49 yaşlı Murad Allahverdiyev çıxarılıb. Yaralılar Havza Dövlət Xəstəxanasına aparılıblar. Buradakı müalicədən sonra ailənin yanıq xəsarətləri alan gənc oğlu ambulans helikopteri ilə Samsun şəhərindəki xəstəxanalardan birinə çatdırılıb.

Evdə yanğının hansı səbəbdən baş verdiyi məlum deyil. Ailənin tamamən yanan evdə müvəqqəti qaldıqları bildirilir.

Həmçinin oxuyun

Bakı sakininə səkkiz bıçaq zərbəsi vuruldu

Bakının Suraxanı rayonunda dava zamanı bir nəfər bıçaqlanıb. Hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Belə ki, …