Çərşənbə axşamı , Oktyabr 16 2018
Ana səhifə / Kriminal / Türkiyədə azərbaycanlını maşınla vurub öldürən sürücü azadlığa buraxıldı

Türkiyədə azərbaycanlını maşınla vurub öldürən sürücü azadlığa buraxıldı

Türkiyənin Alanya bölgəsinin Kestel məhəlləsində avtomobil Azərbaycan əsilli Türkiyə vətəndaşı Mətləb İmaməlini vurub.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, ağır xəsarət alan 54 yaşlı azərbaycanlı Alaaddin Keykubat Universitetinin xəstəxanasına aparılıb.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qəzadan sonra 34 yaşlı sürücü Mehmet U. saxlanılıb. O, hakim qarşısına çıxarılıb və məhkəmənin qərarına əsasən, azadlığa buraxılıb.

Həmçinin oxuyun

Sevgisi başına vuran Lerik sakini ərini qorxunc şəkildə öldürdü

Gənc oğlana sevgisi Lerik rayon sakini olan qadının ağlını başından alıb. Yardımlı rayonunun hüquq-mühafizə orqanları …