Çərşənbə , Aprel 21 2021
Ana səhifə / Kriminal / Türkiyədə azərbaycanlı qadın bıçaqlandı

Türkiyədə azərbaycanlı qadın bıçaqlandı

Türkiyədə azərbaycanlı qadın bıçaqlanıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Muğlanın Fethiye bölgəsində baş verib.

Belə ki, inşaatda çalışan iki şəxs  – S.A və Mustafa Comərd arasında naməlum səbəbdən dava baş verib. Nəticədə S.A yanında gəzdirdiyi bıçaqla Comərd və azərbaycanlı Nəzifə Mustafayevanı bıçaqlayıb. Xəstəxanaya çatdırılan M.Comərd vəfat edib, Nəzifənin isə həyatı üçün təhlükə olmadığı bildirilir.

Hadisəni törədən şəxs saxlanılıb, araşdırma aparılır.

Həmçinin oxuyun

Sabiq başçının ailəsi yaşadıqları evdən çıxarıldı – Foto

Həbs olunan İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin ailəsi 124 manata kirayə yaşadığı …