Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Kriminal / Türkiyədə azərbaycanlı fəhlənin başına iş gəldi – FOTO (VİDEO)

Türkiyədə azərbaycanlı fəhlənin başına iş gəldi – FOTO (VİDEO)

Sivas bölgəsində 5 mərtəbəli binanın ikinci mərtəbəsində işləyən zaman azərbaycanlı fəhlə liftin şaxtasına düşüb.
Unikal.org xəbər verir ki, hadisə Kümbet Məhəlləsində inşaası davam edən bir binada baş verib. İnşaat işçisi olan azərərbaycan əsilli Kazım Rezai müvazinətini itirərək lift boşluğuna düşüb. Onun yıxıldığını görən digər inşaat işçiləri köməyə gedib. K.Rezaini şaxtadan dostları çıxarılıb.
Hadisə yerinə təcili yardım maşını və polis əməkdaşları gəlib.
Azərbaycanlı fəhləyə hadisə yerinə gələn səhiyyə işçiləri tərəfindən ilkin müdaxilə olunub. Daha sonra o xəstəxanaya aparılıb.
Hazırda K.Rezainin vəziyyətinin normal olduğu deyilir.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …