Ana səhifə / Kriminal / Türkiyə silah ixracatında niyə geridədir? – Təhlil

Türkiyə silah ixracatında niyə geridədir? – Təhlil

İki ildən bir keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin (IDEF) iştirakçıları xarici alıcılar üçün Türkiyə şirkətləri tərəfindən hazırlanan rekord sayda olmaqla, yeni məhsul görə bilər. 

Türk Silahlı Qüvvətləri Vəqfi tərəfindən təşkil edilən və müdafiə, təhlükəsizlik, dəniz, hava və kosmik sənaye üçün nəzərdə tutulan sərgi mayın 9- İstanbulda işə başlayıb və mayın 12-dək davam edəcək. Türkiyə Yaxın Şərqdə müdafiə sənayesi ekspozisiyası keçirən yeganə NATO üzvüdür.

Müdafiə məsələləri üzrə ekspert Hakan Kılınc “Al-Monitor”a bildirib ki, əvvəlki illərdə IDEF-də ya türk şirkətləri ilə müştərək istehsal olunan və ya xarici şirkətlərin türk bazarı üçün nəzərdə tutulan məhsulları nümayiş etdirilirdi. Bu il isə Türkiyənin müdafiə sənayesinin rekord sayda məhsulu sərgilənəcək.

“Mənim üçün ən mühüm hadisə 50 ölkədən 600 şirkətin iştirak etdiyi sərgidə bu ildən Türk Silahlı Qüvvətlərinin (TSQ) artıq yeganə potensial müştəri olmayacağıdır”, – Hakan Kılınc deyib.

Bu il sərgidə ən gözlənilən layihə ilk dəfə nümayiş olunacaq “KAAN” raket sistemi olacaq. O, TSQ-nın “Roketsan AS”“TRG-300 (Tiger) Kaplan” raketlərinin istehsalına bağlıdır. Debüt edəcək başqa bir sistem “Bora”dır. Bu, Çinin “B 61-11-M” modelinin texnologiyası ilə hazırlanan uzunmənzilli raketdir. “Bora” 300 km məsafəni aşa bilən Türkiyənin ilk raketi olacaq.

Hücum helikopterlərinin pilotlarının təlimi üçün hazırlanmış trenajorlar da ilk dəfə nümayiş etdiriləcək. Başqa bir ilk Türkiyə “Makina və Kimya Sənayesi Təşkilatı”nın tərəfindən hazırlanmış, 6×6 yük maşınlarına quraşdırılan 155 mm yüksək mobillikli artilleriya qurğusu olacaq.

Həmçinin aşağı intensivlikli döyüşdə hava dəstəyini təmin edən prototip “Hürkuş-C” turboprop təyyarəsi diqqəti cəlb edəcək. O, “UMTAS” “hava-yer” raketləri ilə silahlandırılıb.

Türkiyə öz müdafiə və aviasiya sənayesinin inkişafında həqiqətən maraqlıdır. 2008-ci ildə müdafiə sənayesi məhsullarının ixracatı yalnız 600 milyon $ təşkil edirdi. 2016-cı ildə ixracat 1,68 milyard $-a çatdı. Amma Türkiyənin müdafiə sənayesi son üç ildə yavaşlayıb. Məsələn, 2016-cı ildə ixracat 2015-ci illə müqayisədə cəmi 1,5% artıb. 2023-ci ilədək müdafiə sənayesi ilə bağlı ixracatın 25 milyard $-a çatdırmaq üçün Türkiyə bu sektoru 15 dəfə artırmalıdır. Bundan ötrü Türkiyədə ilk növbədə, müdafiə, kosmos və kosmik sənaye sahələri haqqında mühüm struktur məsələlərinin öhdəsindən gəlməlidir.

Müdafiə sənayesi üzrə ekspert Arda Mövludoğlu “Al-Monitor”a bildirib ki, hazırda Türkiyə astana mərhələsindədir. “Türk müdafiə sənayesində son 10 il ərzində çox sürətli artım qeydə alınıb. Bir çox layihələr masadadır. Amma indi prototiplərin istehsalın keçid nöqtəsinə çatmışıq. İstehsal-yığma xətləri və satışsonrası dəstək məsələləri ilə məşğul olacağıq. Amma biz bu prototipləri davamlı istehsalını təmin edə bilərikmi? Bu, asan olmayacaq. Sağlam sənaye siyasəti izləyib, bəlkə də, indiyə qədər edilən uğurları qoruya bilərik”.

Hər şeydən əvvəl, sektorda ciddi məhsuldarlıq problemi var. Arda Mövludoğlu qeyd edib ki, istehsal cədvəllərinə və büdcələrə əməl olunmur. Resurslar düzgün və ya səmərəli istifadə edilmir. Dövlət dəstəyini  gücləndirmək sektor üçün vacibdir, ancaq o, rəqabəti təşviq edəcək şəklə gətirilməlidir. Türkiyə hələ ki, rəqabət mühiti yaratmayıb və rəqibləri olmayan şirkətlər bundan memnun qalaraq məhsuldarlığı itirə və innovasiyanı unuda bilər.

Başqa bir struktur problemi ixtisaslı kadr çatışmazlığı və intellektual kapitalın yoxluğudur. Mövludoğlunun fikrincə, bu gün Türkiyənin müdafiə və kosmik sənayesində 35 min adam çalışır, lakin yalnız 3 min ixtisaslı işçi – mühəndis və qulluqçu var. Türkiyənin müdafiə sənayesi ixracatını 25 milyard $ səviyyəsinə çatdırması üçün ixtisaslı kadrlar 12 min nəfərə çatdırılmalı, yəni potensial dördqat yüksəldilməlidir. Ankarada qərar qəbul edən şəxslərin bu məqsədə nail olması üçün “yol xəritəsi” və ya bəsirəti yoxdur. Bu ciddi çatışmazlığı aradan qaldırmaq mümkün olmadıqda, onlar təşviq layihələr əvəzinə prototip istehsalından kənara çıxmayacaq, ya da məhdid yerli məhsul istehsal olunacaq.

Türkiyənin müdafiə və aviasiya sənaye getdikcə sürətlə artan tikinti sektorunu bənzəyir. Təşəxxüslü, təmtəraqlı uğur hesabatları var, amma heç kim uğursuzluqlar haqqında danışmır. Yerinə yetirilməsi qeyri-mümkün sifarişlər var. Sektorun şüarı – “TSQ nə istəyirsə, nə olursa-olsun, istehdasl edəcəyik” – çətin ki, yenilikçi yanaşmadır.

“Aselsan”, “Roketsan” və “Havelsan” kimi yerli nəhənglərin üstünlüyünü və xarici şirkətlər tərəfindən göstərilən ifrat təzyiq nəzərə alaraq, elektronika və optik sistemlər üzrə ixtisaslaşan kiçik və orta türk şirkətlərinin tenderlərdə qalib gəlməsi mümkün, buna görə də qlobal markalar olma yolunda sürünürlər.

Nəhayət, Türkiyədə başqa sahələr kimi, bu sektorun da siyasiləşdirilməsi onun artımı üçün struktur maneəsinə çevrilir.
Tərcümə: Strateq.az

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın