Şənbə , Avqust 15 2020
Ana səhifə / Kriminal / “Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolunun tezliklə istifadəyə verilməsinə çalışır”

“Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolunun tezliklə istifadəyə verilməsinə çalışır”

“Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsinin tikintisində son tamamlama işlər gedir. Yaxın vaxtlarda işlər tam başa çatdırılacaq və Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə veriləcək”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin İqtisadiyyat Nazirliyinin Department rəhbəri Tayfun Kılıç söyləyib.

Onun sözlərinə görə, Türkiyə Çindən Avropaya qədər uzanan, Asiya və Avropanı birləşdirəcək bu yolun vacibliyini yaxşı başa düşür: “Biz bu yolun Türkiyə ərazisində şaxələndirilməsi layihəsini də hazırlamışıq. Bu yolun İğdırdan keçməklə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına birləşdirilməsi məsələsi də gündəmdədir”.

“Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan, iqtisadi inkişafımızda, ölkələrimizin, xalqlarımızın rihaf halının yaxşılaşmasında, dostluq və qardaşlıq əlaqələrimizin möhkəmlənməsində mühüm rol oynayacaq Bakı-Tbilisi-Qars dəmir yolu tezliklə istismara verilməlidir. Türkiyə tərəfi bunun üçün bütün mümkün vasitələrdən istifadə edir”, – nazirlik rəsmisi bildirib.

Həmçinin oxuyun

Eldar Həsənov məhkəmə qarşısına çıxarıldı

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan səfir Eldar Həsənov məhkəməyə aparılıb. Səbail rayon Məhkəməsində istintaq …

Bir cavab yazın