Ana səhifə / Kriminal / TÜRKİYƏ AZƏRBAYCANA YUMURTA İXRACINI ARTIRMAQ İSTƏYİR

TÜRKİYƏ AZƏRBAYCANA YUMURTA İXRACINI ARTIRMAQ İSTƏYİR

2016-cı ildə Türkiyə yumurta ixracını 5,8% artırıb. “APA-Economics” xəbər verir ki, bu barədə Türkiyənin Yumurta İstehsalçıları Birliyinin rəhbəri Hasan Konya bildirib.

Onun sözlərinə görə, ötən il Türkiyə 290,190 mln. dollarlıq yumurta ixrac edib. 2015-ci ildə qonşu ölkə yumurta ixracından 274,889 mln. dollar əldə edib.

H. Konyanın sözlərinə görə, Türkiyə ən çox Yaxın Şərq, Fars körfəzi ölkələrinə, o cümlədən Azərbaycan və Gürcüstana yumurta ixrac edib: “Ümumilikdə, 20-dək ölkəyə yumurta ixrac edirik. Qonşu ölkələrin iqtisadi durumu normallaşdıqdan sonra ixracı artırmaq niyyətindəyik”.

Birliyin rəhbəri əlavə edib ki, ötən il Türkiyədə 19 mlrd. ədəd yumurta istehsal edilib, bunun təxminən 30%-i ixrac olunub.

“Bu il 400 mln. dollarlıq yumurta ixrac etmək niyyətindəyik”, – deyə o bildirib.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın