Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / “Turizm şirkətləri qiymət siyasətinə yenidən baxmalıdırlar”

“Turizm şirkətləri qiymət siyasətinə yenidən baxmalıdırlar”

“Azərbaycan Turizm Assosiasiyası (AzTA) ölkədəki turizm şirkətlərinə qış turizm mövsümü üçün qiymət siyasətinə yenidən baxmağı tövsiyə edib”.

Bunu Trend-ə Assosiasiya sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, AzTA şirkətlərə azərbaycanlıların daha çox səfər etdiyi Gürcüstandan daha aşağı qiymətlər təklif etməyi tövsiyə edib: “Onlar elə qiymətlər müəyyənləşdirməlidirlər ki, ucuz olsun, insanlar da Gürcüstana üz tutmasınlar və öz pullarını Azərbaycanda xərcləsinlər“.

M.Ağakərimov bildirib ki, şirkətlər qiymət siyasətinə yenidən baxmaqla yanaşı, xidmət səviyyəsinin və çeşidinin artırılmasına da çalışmalıdırlar.

M.Ağakərimov qeyd edib ki, münasib qiymət və yüksək səviyyəli xidmət şirkətlərin ən böyük reklamıdır.

Assosiasiya rəsmisinin fikrincə, turizm şirkətləri qiymətləri qaldırmaqla tez gəlir əldə etmək istəklərinin doğru olmadığını başa düşməli, keyfiyyəli və müxtəlif xidmət göstərməklə müştəri qazanmağa çalışmalıdırlar: “Biz qış turizmi mövsümü ərzində turist qəbul edəcək hotellərə daha çox xidmətlər göstərməyi tövsiyə edirik. Şirkətlər daha çox əyləncəli proqramlar, xidmətlər təqdim etməlidirlər ki, turistlər istirahət dövründə darıxmasınlar. Eyni zamanda tövsiyə etmişik ki, şirkətlər xidmətlərini təqdim edərkən onun keyfiyyətinə diqqət yetirsinlər. Keyfiyyətsiz xidmət göstərildikdə insanlar 2-ci dəfə oraya gəlməyə bilərlər. Ona görə də təcrübəli turizm şirkətləri, hotellər buna diqqət yetirsələr, daha yaxşı olar”.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …

Bir cavab yazın