Bazar , Yanvar 24 2021
Ana səhifə / Kriminal / Turizm kompleksində əcnəbi işçi ağır yaralandı

Turizm kompleksində əcnəbi işçi ağır yaralandı

Qusarda turizm kompleksində xarici şirkət nümayəndəsi ağır yaralanıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, fevralın 28-də Şepelyov Nikita Mixayloviç “qara ciyərin cırılması” və “böyrəyin qan sızması” diaqnozu ilə Qusar rayon mərkəzi xəstəxanasına daxil olub. 

Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırma zamanı müəyyən olunub ki, 1997-ci il təvəllüdlü Rusiya Federasiyası vətəndaşı, Avtsriyanın şirkətinin Azərbaycan nümayəndəliyində montajçı fəhlə işləyən Nikita Şepelyov fevralın 28-i səhər saatlarında Qusar rayonunda yerləşən turizm kompeksinin ərazisində inşa edilən lift bazasında kanat üçün dəmir materialdan düzəldilmiş yarım dairəvi formada şkif olan əraziyə daxil olarkən həmin şkifin onun üzərinə aşması nəticəsində xəsarət alıb. N.Şepelyov Qusar rayon mərkəzi xəstəxanasında əməliyyat olunub. ADS

Həmçinin oxuyun

Azərbaycanda vəzifəli şəxslə bağlı cinayət işi başlandı – RƏSMİ

Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində işləyən Abuşov İntiqam Mirzağa oğlunun qanunsuz hərəkətləri …