Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Turistlərimiz arasında mason da var, ərəb şeyxləri də…- VİDEO

Turistlərimiz arasında mason da var, ərəb şeyxləri də…- VİDEO

Türkiyə bizə qardaş ölkədir, amma biznesdə qardaş anlayışı yoxdur, maraq var. Turizm də bir biznes sahəsidir, Rusiya ilə münasibəti korlananda hamı bir ağızdan deyirdi ki, vəssalam, Nataşalar Bakıya gələcək. O isə olmadı. Türkiyə Rusiya ilə barışdı. Sonuncu ümid də öldü, indi nəyə ümid edək?
Hər il yox, hər ay “Formula 1” yarışı keçirilməlidirmi ki, ölkəyə turist gəlsin? İndiki halda, sanki turistlər Azərbaycanda maraqlı nəsə olacaq deyə ölkəmizə gəlir. Turizm neftdən fərqli olaraq tükənməyən sərvətdir, Türkiyənin əbədi gəlir mənbəyi olan bu təcrübəsindən biz yararlanmırıq. Turizm mütəxəssisləri bu qənaətdədir.
Azərbaycanda fəaliyyət göstərən otellərin yarıdan çoxu Bakı və Abşeronun payına düşür. Onların əksəriyəti 4-5 ulduzludur. Nəzərə alsaq ki, turistlər arasında orta və aşağı büdcəli şəxslər əksəriyyət təşkil edir, ölkədə 2-3 ulduzlu otellərin sayı məhduddur.
Mövcud 5 ulduzlu otellərin qiymətləri isə bu sahəni irəli aparmağa imkan vermir. Azərbaycanda bir gecəsi 150-400 dollara otel otağı kirayələnir. Bu qiymətə Türkiyənin Lara bölgəsində 7 gün 8 gecə dincəlmək olar.
Bahalı otel biznesi təcrübə göstərir ki, çox irəli getmir. Antalyada dəbdəbəli “Mardan Palas” da tikildi. Xərcləri çox olduğundan müflis oldu. Bu bizə də dərs olmalıdır. Mütəxəssislərin qənaətincə, bəzi məsələlərin öz həllini tapması Azərbaycana gələn xarici turistlərin sayını birə on artırardı.
Turizm işçilərinin xidmət peşəkarlığını və mədəniyyətini yüksəltməyə ehtiyac var. Turizm təhsilli müəssisələr bunun üçün tədris prosesində təcrübələrə geniş yer ayırmalıdırlar. Qiymətlərə yenidən baxılmalıdır.
Turizm bazarında tələb-təklif məsələlərinə diqqət yetirilməlidir. Aviaşirkətlərin, AZAL-ın bu məsələ ilə bağlı cəlbedici kampaniyaları olmalıdır. Bir müddət öncə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev türkiyəli iş adamları ilə görüşdə Türkiyə ilə turizm sahəsində qarşılıqlı əməkdaşlıqdan danışımış, qardaş ölkənin təcrüəsindən geniş yararlanmaqdan söz açmışdı.
Və sonda. Bu yaxında mətbuat bar-bar bağırırdı ki, dünya masonları Bakıda oteldə yığışıblar. Biz adi otelçiliyi idarə edə bilmirik, mason gəlib Bakıdan dünyanı idarə edir deyilənə görə. Turistlərimizin arasında mason da var, ərəb şeyxi də, ATƏT sədri də. Adına VİP turizm deyirlər. Guya 5 ulduzlu otellər onlar üçün imiş. Ərəbə ümid edilir, o isə Hacıqabul çöllərində çadır qurub yaşayır.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın