Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / “Tural Qarayevə yüngül cəza verilməsi təhlükəlidir” – Hüquqşünas

“Tural Qarayevə yüngül cəza verilməsi təhlükəlidir” – Hüquqşünas

AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının yetkinlik yaşına çatmamış qızına hücum edən şəxs inzibati qaydada 15 günlük həbs cəzasına məhkum edilib.Dünən Tural Qarayev İnzibati Xətalar Məcəlləsinin 510-cu (kiçik xuliqanlıq) maddəsi ilə təqsirli bilinib. Amma bu qərar ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Çoxları 14 yaşlı qızı vuran və onu açıq şəkildə təhdid edən şəxsə verilən cəzanın qeyri-adekvat olduğunu qeyd edirlər.

Hüquqşünas Əlaif Həsənov “Turan”a bildirib ki, Qarayevin əməllərində cinayət tərkibi var. Onun fikrincə, polisin əməlləri inzibati hüquqpozma – “kiçik xuliqanlıq” olaraq tövsif etməsi yanlışdır.

Həsənovun fikrincə, zorakılıq faktı varsa, bu, CM-in 221-ci (xuliqanlıq” maddəsi ilə tövsif edilməlidir.

O, bədəməlin “xalq qarşısında üzr istəmək” tələbini də şübhəli adlandırıb. O, yeniyetməyə hücum edən şəxsin yüngül cəza almasını təhlükəli təmayül hesab edir. Bu, digər müxalifətçilərin övladlarına qarşı bu cür əməllərin təkrarlanmasına gətirib çıxara bilər.

Xatırladaq ki, müxalifətçinin qızına aprelin 18-də metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında hücum edilib. Tural Qarayev yeniyetməni vuub, onu 162 saylı məktəbin 8-ci sinif şagirdinin intiharı ilə bağlı etiraz aksiyası təşkil etməkdə ittiham edib.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …