Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Traktor məktəbdən çıxan 8 yaşlı şagirdi vurub öldürdü

Traktor məktəbdən çıxan 8 yaşlı şagirdi vurub öldürdü

Zaqatala rayonunda məktəbdən çıxan şagirdi traktor vuraraq öldürüb.

” Azinforum.az ” APA-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Əliabad qəsəbəsində baş verib.

Əliabad qəsəbə 4 saylı tam orta məktəbinin II sinif şagirdi, 8 yaşlı Əli Tural oğlu Cavadovu məktəbdən çıxarkən traktor vurub. Ə. Cavadov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …