Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Kriminal / Toyda yanaşı oturmaq üstündə qohumunu öldürdü – Yenilənib

Toyda yanaşı oturmaq üstündə qohumunu öldürdü – Yenilənib

Beyləqanda qohumu tərəfindən vurulan şəxs xəstəxanada ölüb.

Rayon prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, oktyabrın 16-da 1994-cü il təvəllüdlü Rahib Abbaslının aldığı xəsarətdən xəstəxanada ölməsi barədə məlumat daxil olub.

Araşdırmalarla zərərçəkmişin qohumu, 1991-ci il təvəllüdlü Nicat Əsədovun həmin gün küçədə daş parçası ilə Rahib Abbaslının baş nahiyəsinə xəsarət yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Nicat Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İstintaq hərəkətləri davam etdirilir.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qohumlar arasındakı dava toyda yanaşı oturmaq üstündə baş verib. Belə ki, hər iki şəxs spirtkli içki qəbul edib. Toyda biri digərinin yanında oturmadığına görə mübahisə yaranıb. Rahib bundan sonra bıçaq çıxararaq N.Əsədova xəsarət yetirib. Ardınca sonuncu R.Abbaslının başından daşla vurub. Sonra hər iki şəxs evə gedib. Evdə Rahib Abbaslının halı pisləşib. Daha sonra o xəstəxanaya aparılıb və orada vəfat edib.

Həmçinin oxuyun

Mövlam Şıxəliyevin yeni məhkəməsi başlayır

Cinayət işi  Bakı Apelyasiya Məhkəməsinə qaytarıldı Eyni qərarla cinayət işi üzrə zərərçəkən, mərhum Cahangir Məmmədovun …