Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / “Toyda direktoru “butulka” ilə vurublar” – Təhsil şöbəsinin müdiri

“Toyda direktoru “butulka” ilə vurublar” – Təhsil şöbəsinin müdiri

Ağsu rayon təhsil şöbəsinin müdiri Səftər Əliabbasov rayonun Ləngəbiz kənd orta məktəbinin direktoru Müşfiq Mirzəyevin kənd müəllimi tərəfindən döyülməsi haqda xəbərlərə aydınlıq gətirib.
Şöbə müdiri AzVision.az-a açıqlamasında direktorun müəllim tərəfindən döyülmədiyini deyib. Onun sözlərinə görə, məlum hadisə toy məclisində baş verib, bunun məktəblə heç bir əlaqəsi yoxdur.

“Şamaxının Göylər kəndində keçirilən toy məclisində qonaqlar arasında dava olub. Dava iştirakçılarından birinin atdığı “butulka” təsadüfən direktora dəyib. O, yüngül xəsarət alıb. Bu səbəbdən onu Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Hazırda heç bir problemi yoxdur. Direktorla danışmışam, sabah, ya da biri gün işə çıxacağını dedi”, – deyə şöbə müdiri bildirib.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …