Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Kriminal / Tovuzda özünü yandırıb öldürən 3 uşaq anasının dramı

Tovuzda özünü yandırıb öldürən 3 uşaq anasının dramı

Ötən gün Tovuzun Cəlilli kəndində özünü yaşadığı evin damında yandırıb öldürən qadının-üç uşaq anası Şahnaz Məmmədovanın intiharı ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Tovuz rayon prokurorluğundan məlumat verilib. Məlumata görə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi qaldırılıb. Məhkəmə tibbi ekspertizası təyin edilib. Hadisənin baş vermə səbəbləri istintaq yolu ilə araşdırılır.

Prokurorluqdan intiharın motivi barədə hər hansı məlumat verməyiblər. Xəbərlərdə isə kənd sakinlərinə istinadən belə deyilirdi ki, hansısa yoluxucu xəstəlikdən əziyyət çəkən qadın çıxış yolunu özünü öldürməkdə görüb.

Lakin virtualaz.org Tovuz sakinlərindən bunu öyrənə bilib ki, deyilənlərə görə Ş.Məmmədova xərçəng xəstəsi olub. Habelə onun həyat yoldaşı uzun illər məhkumluq həyatı yaşayıb. Bu cür dəhşətli intihar üsulu seçib canına qıyan və 3 uşağını yetim qoyan qadının yaxınları ilə əlaqə saxlamaq mümkün olmayıb.

Həmçinin oxuyun

Azərbaycanda 21 yaşlı qız polis rəisini qayçı ilə yaraladı

Gənc qız polis əməkdaşının qanını axıdıb. Azinforum.az  Criminal.az-a istinadən  xəbər verir ki, hadisə bir neçə …