Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Tovuzda bıçaqlanan qadının əmisi DANIŞDI: “Həyat yoldaşı cinayətkardır, o edib” – VİDEO

Tovuzda bıçaqlanan qadının əmisi DANIŞDI: “Həyat yoldaşı cinayətkardır, o edib” – VİDEO

Tovuzda qanlı hadisə baş verib.

ARB TV xəbər verir ki, 32 yaşlı Samir Hüseynov həyat yoldaşı Aşağı Öysüzlü kənd sakini, 27 yaşlı Ceyran Tağıyevanı ailə münaqişəsi zəminində bıçaqlayıb.

Yaralı qadın xəstəxanaya yerləşdirilib. Ona lazımi tibbi yardım göstərilib. Qadının vəziyyətinin kafi olduğu bildirilir.

Elxan Tağıyev – qadının əmisi: “Əmisiyəm, bizə xəstəxanadan xəbər veriblər ki, uşağımızı yoldaşı bıçaqlayıb. Bu adam cinayətkardır, bunun işinin üstə iş gəlməlidir”.

Elmar Əsgərov – Həkim: “Aparılan müayinələrdən sonra xəstə dərhal cərrahiyə əməliyyatına götürüldü. Ağciyərinin kəsilmiş-deşilmiş yarası aşkar olundu. Yaralar tikildi. Hazırda xəstənin vəziyyəti ağır-stabil olaraq qalır”.

Samir Hüseynov isə polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …