Bazar ertəsi , İyun 14 2021
Ana səhifə / Kriminal / Tovuzda baş verən silahlı insidentin – Təfərrüatları

Tovuzda baş verən silahlı insidentin – Təfərrüatları

Tovuz rayonunda baş verən silahlı insidentin təfərrüatları məlum olub. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun əməkdaşı, polis baş leytenantı Eşqin Qasımov “Report”a bildirib ki, baş verən hadisə ilə bağlı araşdırma aparılıb.

Məlum olub ki, Abdıyev Nəriman Mirzə oğlu ilə Qasımov Habil Əli oğlu arasında şəxsi münasibətlər zəminində mübahisə düşüb. Nəticədə A.Nəriman “Makarov” tipli tapanca ilə havaya iki dəfə atəş açıb. Açılan atəş nəticəsində heç kim xəsarət almayıb.

Hadisə yerinə gələn polis əməkdaşları Abdıyev Nəriman Mirzə oğlunu müvafiq polis şöbəsinə aparıblar. Hazırda faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Bakıda film kimi cinayət: Kişini döyəndən sonra arvadına zəng edib…

Hökməli qəsəbə sakini olan qadın iyunun 10-da saat 19 radələrində Abşeron Rayon Polis İdarəsinə müraciət …