Bazar ertəsi , May 27 2024
Ana səhifə / Kriminal / “Tovuzda əsgərimiz qətlə yetirilib, saxlanılan var” – Baş Prokurorluq

“Tovuzda əsgərimiz qətlə yetirilib, saxlanılan var” – Baş Prokurorluq

Azərbaycan Ordusunun Tovuzda həlak olan əsgərinin qətlə yetirildiyi məlum olub.

Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 5-də Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ağamirov Pünhan Səyavuş oğlunun Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından vəfat etməsi faktı ilə bağlı Şəmkir Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla cinayətin zərərçəkmişlə eyni hərbi hissədə xidmət edən əsgər Kazımov Amil Famil oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Amil Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İş üzrə istintaq tədbirləri davam edir.

Həmçinin oxuyun

Fazil Mustafaya qarşı sui-qəsd işi: “Amerikada məhkəmə Prezidenti gətirir, burada məhkəmə bir deputatı gətirə bilmir”

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsdlə əlaqədar həbs olunan 5 nəfərin – Azər Səricanov, …