Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Kriminal / “Torqovıy”da meyiti tapılan gənc kimdir? – ADI AÇIQLANDI

“Torqovıy”da meyiti tapılan gənc kimdir? – ADI AÇIQLANDI

Dünən səhər saatlarında Bakının Nizami küçəsi (“Tarqovıy” məhəllə adlanan ərazi) 50 ünvanının qarşısında meyiti tapılan gəncin şəxsiyyəti müəyyənləşdirilib. Lent.az xəbər verir ki, ölən şəxsin Abbasqulu Abbaszadə küçəsində yaşayan 1986-cı il təvəllüdlü Mikayılov Rasim Sərdar oğlu olması müəyyən edilib. Ölən şəxsin üzərində hər hansı zorakılıq əlaməti aşkarlanmayıb. Onun ölüm səbəbini müəyyən etmək üçün müvafiq ekspertizalar təyin edilib.

xxxxx

"Torqovıy"da meyiti tapılan gənc kimdir?

19 fevral

Bu gün Səbail rayonunun Nizami küçəsində (Tarqovı adı ilə tanınan məhəllə) yaşayış binalarının birinin həyətində təxminən 25-30 yaşlarında olan naməlum kişi meyiti aşkar edilib. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, ölən şəxsin xarakterik əlamətləri belədir: boyu 160-170 santimetr, arıq bədən quruluşlu, qara saçlı, gözlərinin rəngi qaradır. Sağ biləyində 5 ədəd nöqtə şəkli olan döymə var.

Əynində göy rəngli gödəkçə, mavi rəngli cins şalvar, ağ zolaqları olan qara rəngli idman ayaqqabısı var. Şəxsiyyəti istintaqa məlum olmayan, şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə (012) 498-02-02, həmçinin (050) 636-60-60, (055) 332-32-38, (051) 409-28-89 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur. 

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …