Ana səhifə / Kriminal / Torpaq bazarında durğunluq yaşanır – SƏBƏB

Torpaq bazarında durğunluq yaşanır – SƏBƏB

Daşınmaz əmlak qiymətlərinin düşməsi torpaq sahəsi alıcılarını azaldıb.
Tikinti materiallarının ucuzlaşmamasına görə ev sahibi olmaq istəyənlər daha az xərclə bina evləri alırlar.
Torpaq sahələrinin ucuzlaşması isə satanları azaldıb. Nəticədə torpaq bazarında durğunluq yaşanır.
Torpaq sahələrini ucuzlaşdıran amillərdən biri bina evlərinin əlverişli şərtlərlə, hətta uzun müddətli və ilkin ödənişsiz ipoteka şərtləri ilə satılmasıdır. Digər amil isə sənədsiz ərazilərdə və qanunsuz aparılmış tikintilərin sökülmə ehtimalıdır. Nəticədə bazarda ucuzlaşma davam edir. Xüsusilə də paytaxtın mərkəzi ərazilərdə.
Kənar ərazilərə gəldikdə isə Türkan-Hövsan qəsəbələrində hazırda 1 sot torpağın qiyməti 2000-3000 arasında dəyişir. Əvvəllər bu qiymət 5000-7000 idi. Mərdəkan-Şüvəlan kimi ərazilərdə hazırda bir sot torpaq 8000-1000 manatdır. Əvvəllər bu rəqəm isə hazırkindan 30-40 faiz baha idi.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, vəziyyətin bu həddə olmasın əsas səbəblərindən biri manat-dollar münasibətləridir.
Ekspertin sözlərinə görə, qarşıdakı aylarda vəziyyətin müsbətə doğru dəyişəcəyini proqnozlaşdırmaq olmaz.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın