Çərşənbə axşamı , Aprel 23 2019
Ana səhifə / Kriminal / “Tonqal”dakı kütləvi zəhərlənməyə görə bir nəfər həbs edildi

“Tonqal”dakı kütləvi zəhərlənməyə görə bir nəfər həbs edildi

Xəbər verildiyi kimi, avqustun 11-də paytaxtın Nərimanov rayonunda fəaliyyət göstərən “Tonqal” restoranında 3-ü azyaşlı olmaqla 13 nəfərin qidadan zəhərlənməsi faktına görə rayon prokurorluğunda cinayət işi başlanıb.
Bakı Şəhər Prokurorluğundan verilən məlumata görə, Qasımov İlham İdris oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Həmçinin oxuyun

Azərbaycanlı kriminal avtoritet güllələnərək öldürülüb

Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən müxtəlif cinayətlərə görə axtarışda olan kriminal avtoritet Rəsul MəmmədovRusiyada güllələnərək öldürülüb. “Report” …