Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Tikinti materiallarının qiyməti bahalaşdı – VİDEO

Tikinti materiallarının qiyməti bahalaşdı – VİDEO

Şəkidə tikinti materiallarının qiymətində artım müşahidə olunur.

 

Şəkidə yerləşən tikinti bazarlarında qiymət artımına alıcılar öz narazılığını bildirir. Hər il bu fəsildə tikinti materiallarının qiymətində artım müşahidə olunur. Buna əsas səbəb də bu aylarda həmin məhsullara təlabatın çox olmasıdır.
Əsas artım dəmir, sement, və taxta məmulatlarında özünü göstərir. Hazırda dam örtükləri ölçüsünə görə 12-40 manat, sementin 50 kq-ı 5-6 manat arasında arasında dəyişir. Taxtanın qiyməti isə 10 qəpik bahalaşıb.
Dünyada gedən iqtisadi böhran səbəbindən ölkənin tikinti bazarından da yan keçmir. Alıcıların sözlərinə görə dünən aldığı malı bu gün həmin qiymətə tapa bilmirlər: ” Bu günki real qiymətlər bizi qane eləmir. Çünki qiymətlər günü gündən qalxır. Hər 1 torba smenti 10 qəpik 20 qəpik qaldırırlar. Görün bu tonda nə qədər edir.
Satıcıların sözlərinə görə, qiymət artımı, payız fəslinin ilk aylarına kimi davam edəcək. Qış aylarında isə qiymətlər nisbətən aşağı düşəcək: ” Hal – hazırda taxtanın kubu 260 manatdır. Keçən il ilə bu ilin arasında çox fərq var . Rusiyanın dəmiri listi 8.5 AZN – dir”. (ARB TV)

 

 

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …

Bir cavab yazın