Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Tikinti materialları bazarında qiymətlər bahalaşdı – VİDEO

Tikinti materialları bazarında qiymətlər bahalaşdı – VİDEO

Sumqaytda tikinti materialları bazarında durğunluq yaşanır.
Materialların çeşidləri çox, qiyməti isə Bakıya nisbətən ucuz olsa da, bazar alıcı sarıdan sıxıntı yaşayır.
Gəncənin inşaat malları bazarında isə əksinə, qiymətlərin bahalaşması müşahidə edilir.
Əvvəllər havaların isinməsi ilə yerlərdə tikintilərə də start verilirdi. Bu da öz növbəsində inşaat materialları bazarında canlanma yaradırdı. Bu dəfə isə belə deyil. Sumqayıt şəhəri ilə Saray qəsəbəsini birləşdirən ərazidəki inşaat matriallarının satış bazarında alıcıdan çox satıcılara rast gəlmək mümkündür.
Satıcılar deyirlər ki, alıcılığın az olmasını nəzərə alaraq, malları mümkün qədər ucuz təklif etməyə çalışırlar. Bu səbəbdən də son 3 ayda qiymət artımı olmayıb. Hazırda taxtanın kubu 280 manata təklif edilir.
Gəncənin inşaat malları bazarında isə qiymətlərin bahalaşması müşahidə edilir.
Qiymət artımı həm xaricdən gətirilən, həm də yerli istehsalda özünü göstərir.
Qiymətlərdə müşahidə olunan artım məhsullardan asılı olaraq 20-30 faiz arasında dəyişir.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …

Bir cavab yazın