Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Kriminal / Tiflisin mərkəzində atışma olub, yaralılar var

Tiflisin mərkəzində atışma olub, yaralılar var

Gürcüstan paytaxtı Tiflis şəhərinin mərkəzində yerləşən “Meydan” restoranı yaxınlığında atışma olub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, ötən gecə baş verən insident zamanı 2 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin Gürcüstan prezidentinin kürəkəninin dostu Tornike Kaçaravanın qardaşı olduğu bildirilir.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır. İnsidentin detalları barədə əlavə məlumat verilmir.

Həmçinin oxuyun

Müxtəlif xarici ölkələrin vətəndaşlarının muzd müqabilində Ermənistandan Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərinə keçirilməklə qanunsuz …