Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Tiflis Bakı ilə layihələrin genişləndirilməsinə çalışır – Baş nazir

Tiflis Bakı ilə layihələrin genişləndirilməsinə çalışır – Baş nazir

Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, Bakı-Supsa neft və qaz kəmərləri Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.

Azərtac xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili NATO PA-nın yaz sessiyasındakı çıxışı zamanı deyib.

Baş nazir Gürcüstanın enerji resurslarının şaxələndirilməsi ilə bağlı məlumat verib. Bildirib ki, Gürcüstan hökuməti öz tərəfdaşları ilə bu və digər layihələrin daha da genişlənməsi istiqamətində mühüm işlər görür.

G.Kvirikaşvili regionda həyata keçirilən digər regional layihələrin də əhəmiyyətini xüsusi qeyd edib. Vurğulayıb ki, bu layihələr Avropa ilə Asiya arasında siyasi, iqtisadi, ticarət, mədəni əlaqələrin genişlənməsində, eləcə də təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayacaq.

Baş nazir deyib: “Gürcüstan öz tərəfdaşları ilə bu və digər layihələrin təhlükəsizliyini yüksək səviyyədə qoruyur və bundan sonra da qoruyacaq”.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın