Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Kriminal / Tibb Universitetinin müəlliminə cinayət işi açıldı – Sələmin faizini ödəyə bilmədiyi üçün

Tibb Universitetinin müəlliminə cinayət işi açıldı – Sələmin faizini ödəyə bilmədiyi üçün

Azərbaycan Tibb Universitetinin müəlliminə məhkəmə qərarlarını icra etməmə maddəsi ilə cinayət işi başlanıb. “Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən Şahməmmədov Nuru Saydam oğlunun məhkəmə prosesi Sumqayıt Apellyasiya Məhkəməsində keçirilir. Zərərçəkmiş qismində İmanov Kamandar Gəncəli oğlu tanınır.

Araşdırmalarımız zamanı məlum oldu ki, Nuru Şahməmmədov Kamandar İmanovdan faizə 28 min manat pul götürüb və bir müddətdən sonra bu məbləğ artaraq 69 min manat olub. Bundan sonra Abşeron Rayon Məhkəməsi Kamandar İmanovun xeyrinə qərar çıxardıb. 

Beləliklə qətnamə icra olunması üçün yönləndirilib Abşeron rayon İcra və Probasiya Şöbəsinə. Ancaq Nuru Şahməmmədov bu məbləği ödəməkdən imtina edib və bir çüddətdən sonra ona qarşı Ədliyyə Nazirliyinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 306.1-ci 9 məhkəmə qərarlarını icra etməmə) maddəsi ilə cinayət işi başlanıb və baxlması üçün göndərilib Abşeron Rayon Məhkəməsinə.

Qeyd edək ki, hər iki tərəf ictimaiyyətə kifayət qədər tanınan şəxslərdi. Belə ki, təqsirləndirilən, 1966-cı il təvəllüdlü Şahməmmədov Nuru Saydam oğlu Azərbaycan Tibb Universitetinin radiologiya kafedrasının müəllimi, tibb elmləri üzrə fəlsəfə doktorudu. Həmçinin 2013-cü ildə ilin həkimi adına layiq görülüb.

Zərəçəkən İmanov Kamandar Gəncəli oğlu isə 1968-ci ildə Göyçə mahalının Daşkənd kəndində sürücü ailəsində anadan olub. Ali təhsillidir, əmək fəaliyyətinə keçmiş avtomobil nəqliyyatı naziri Hüseyn Hüseynovun sürücüsü kimi başlayıb. Bir çox şəxslərə borc verdiyi üçün adı məhkəmə prosesində hallanır.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …