Bazar , Noyabr 29 2020
Ana səhifə / Kriminal / “Tezliklə yer üzərində mənim izim qalmayacaq” – Şabrandakı dəhşətli intiharın TƏFƏRRÜATLARI

“Tezliklə yer üzərində mənim izim qalmayacaq” – Şabrandakı dəhşətli intiharın TƏFƏRRÜATLARI

Ötən gün Şabran rayonu ərazisində tapılan yanmış kişi meyitinin şəxsiyyəti məlum olub.
Yanvarın 27-də Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində, yoldan 300 metr aralıda yanmış meyiti tapılan şəxsin Beyləqan rayon sakini, 1945-ci il təvəllüdlü Mahmudov İlyas Qara oğlu olduğu müəyyən edilib. Həmin şəxs 22.01.2018-ci il tarixindən itkin düşmüş şəxs kimi Binəqədi rayonunda qeydiyyatda olub.
73 yaşlı kişinin intihar etməsi ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Şabran rayon prokurorluğundan “Ölkə.Az”-a verilən məlumata görə, Beyləqan rayon sakini olan İ.Mahmudov Binəqədi rayonunda oğlunun evində yaşayıb. Uzun müddətdir ki, həyat yoldaşından ayrılıb. Həyat yoldaşı isə Beyləqan rayonunda yaşayıb. Sonuncu dəfə oğlunun evindən çıxan İlyas Mahmudov belə bir mesaj verib ki, “tezliklə yer üzərində mənim izim qalmayacaq”. Elə o gündən də itkin düşüb. Onun özünü Şabran rayonu ərazisində yandırması isə naməlumdur.
Qeyd edək ki, faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, bir neçə ekspertiza təyin edilib. Meyitin ilkin xarici müayinəsi zamanı üzərində zorakılıqla qətlə yetirilməyə xarakterik xəsarətlər və ya xəsarət izləri aşkar edilməyib.

Həmçinin oxuyun

“Qulini snayperlə vurdular” – qatil və sifarişçi haqda sensasion bilgilər

Bu ilin avqust ayının 20-də Antalyadakı hotellərin birində qətlə yetirilən “qanuni oğru” Nadir Səlifovun (Quli …