Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Kriminal / Teylor Fətişoğlunun barəsində cinayət işi başlanıldı

Teylor Fətişoğlunun barəsində cinayət işi başlanıldı

Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun mətbuat katibi olmuş Teylor İbrahimov (Fətişoğlu) barəsində cinayət işi başlanılıb.

Onun barəsində dələduzluq maddəsi ilə ittiham elan olunub.

Belə ki, T.İbrahimov Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılan Elməddin Ələsgərovun cinayət məsuliyyətindən azad edilməsinə köməklik göstərilməsi ilə bağlı onun atası Bayram Ələsgərova qarşı dələduzluq edib. O, həmin şəxsə özünü Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri kimi təqdim edərək hüquq-mühafizə orqanlarında işləyən yüksək vəzifəli tanışları vasitəsilə istənilən məsələni həll etmək iqtidarında olduğunu deyib. T.İbrahimov bunun qarşılığında B.Ələsgərovdan 25 min manat pul alaraq dələduzluq edib.

Bir müddət sonra T.İbrahimovun vədinə əməl etmədiyini görən vətəndaş aldadıldığını başa düşüb və hüquq-mühafizə orqanlarına müraciət edib.

Araşdırmalardan sonra onun barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başladılıb.

İttihama görə, T.İbrahimov öz hərəkətləri ilə Baş Prokurorluğu nüfuzdan salmaq, etimadsızlığa zəmin yaradaraq vətəndaşı rüşvətverməyə təhrik edib.

Cinayət işinin materialları toplanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

İstintaq orqanı tərəfindən T.İbrahimov barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.

Qeyd edək ki, daha əvvəl T.İbrahimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Daha sonra o, azadlığa buraxılıb.

Xatıradaq ki, T.İbrahimov Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun Moskvada mətbuat katibi olub. Report

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …