Ana səhifə / Kriminal / Texnikabank” əmanətçiləri kompensasiya üçün hansı banklara müraciət edə bilərlər?

Texnikabank” əmanətçiləri kompensasiya üçün hansı banklara müraciət edə bilərlər?

Sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin “Muğanbank” ASC və “Rabitə Bank” ASC-yə yönəldilmiş qorunan əmanətçiləri bu gündən kompensasiyaların alınması üçün bu iki agent banka ərizə ilə müraciət edə bilərlər.
Əmanətlərin Sığortalanması Fondundan “APA-Economics”ə verilən məlumata görə, sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 12 fevral 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılıb.
Ərizə formalarını qorunan əmanətçilər 12 fevral 2016-cı il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bül-Bül prospekti 40 ünvanında yerləşən ofisindən, sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin filiallarından, Agent Bankların filiallarından və www.adif.az saytından əldə edə bilər.
Qorunan əmanətçilər aşağıdakı cədvələ uyğun olaraq “Texnikabank” ASC-də əmanəti olduğu filialın qarşısında qeyd edilən agent bankların filialına müraciət etməklə kompensasiya almaq üçün ərizələri təqdim edə bilərlər.
Sığorta hadisəsinə görə Fond tərəfindən hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.
Əlavə məlumat almaq üçün Fondun əlaqə nömrələri:
(012) 596 65 91/92/93 və“941” nömrəli qaynar xətt

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın