Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / “Texnika Bank” bağlandı

“Texnika Bank” bağlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin qərarı ilə “Texnikabank” ASC-nin bank fəaliyyətinə verilən lisenziyası ləğv edilib.

Bu barədə “Report”a AMB-dən məlumat verilib.

“AMB-nin İdarə Heyətinin 1 fevral 2016-cı il tarixli, 10/1nömrəli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3%-dən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Texnikabank” ASC-nin bank lisenziyası ləğv edilib”, – deyə məlumatda bildirilib.

“Banklar haqqında” qanunun 51-ci və 52-ci maddələrinə uyğun olaraq 2 fevral 2016-cı il tarixdən Banka müvəqqəti inzibatçı təyin edilib. AMB bildirir ki, “Texnikabank” ASC-də Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın