Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Kriminal / Terrorçulara dəstək verən Türk Təbiblər Birliyinin üzvləri həbs olundu

Terrorçulara dəstək verən Türk Təbiblər Birliyinin üzvləri həbs olundu

Türk Təbiblər Birliyinin (TTB) terrorçulara dəstəkdə ittiham olunan 11 üzvü barəsində həbs qətimkan tədbiri seçilib.

Trend-in məlumatına görə, Ankara Baş Prokurorluğu Türkiyə Silahlı Qüvvələrinin Suriyada apardığı “Zeytun budağı” əməliyyatı ilə bağlı bəyanat verən TTB-nin Mərkəzi Şurasının 11 üzvü haqqında istintaqa başlayıb. Arasında Birliyin rəhbəri Rəşid Tükel də olmaqla 8 nəfər saxlanılıb.

TBB-nin “Zeytun budağı” əməliyyatı ilə bağlı bəyanatı terrorçulara dəstək kimi qiymətləndirilir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da məsələyə münasibət bildirib: “Türk Təbiblər Birliyi deyilən qurum “Savaşa xeyr” adlı kampaniya aparmaq istəyir. Terrorçulara məhəbbət bəsləyən belələrinin “Barışa hə” dediklərini eşitmədik”.

Qeyd edək ki, 83 245 üzvü olan TTB 1953-cü ildə İstanbulda təsis olunub.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.

Həmçinin oxuyun

“Lotu Quli”nin məzarı üstündə atışma: Bir nəfər öldü

İstanbulun Esenyurt rayonunda “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun məzarı üstündə silahlı insident olub. …