Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Kriminal / Telman İsmayılov və qardaşlarına qətl ittihamı – TƏFƏRRÜAT

Telman İsmayılov və qardaşlarına qətl ittihamı – TƏFƏRRÜAT

Rusiya İstintaq Komitəsi Azərbaycan əsilli rusiyalı iş adamı Telman İsmayılova qarşı “adam öldürmə” ittihamı ilə rəsmi ittiham irəli sürüb və onun dərhal həbs olunması barədə qərar verib.
Cinayət işinin materiallarına əsasən, İsmayılov ötən il biznesmenlər Vladimir Savkin və Yuri Brılyovun qətlini sifariş edib. Bu işdə ona qardaşları Rafiq və Vaqif İsmayılovlar yardımçı olub, killer rolunu isə Mehman Kərimov icra edib.
Cinayət sənədləri Telman İsmayılovun beynəlxalq axtarışa verilməsi üçün Baş Prokurorluğa göndərilib. Onun qardaşlarından Rafiq İsmayılov həbs olunub. Digər qardaşı Vaqif İsmaylıov barədə də analoji analoji axtarış qərarı verilib/modern.az.

Həmçinin oxuyun

Azərbaycanlı deputatın həyat yoldaşı axtarışa verildi

Azərbaycan Milli Məclisinin deputatı Ramil Həsənin həyat yoldaşı Yekaterina Həsən axtarışa verilib. Moldova hüquq-mühafizə orqanları …