Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Kriminal / Telefonla oynadığına görə xəstəxanaya düşdü, sonra evi yandırdı

Telefonla oynadığına görə xəstəxanaya düşdü, sonra evi yandırdı

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham olunan Vitali Kolosovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən V.Kolosov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, iifadəsində hadisəyə səbəb bacısının olduğunu deyib.

V.Kolosovun ifadəsinə görə, telefonla oynadığına görə bacısı onu Maştağada yerləşən 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirib: “Oradan qaçıb evə gəldim. Bacım mənimlə barışmadı. Mən də gedib, yanacaqdoldurma məntəqəsindən benzin alıb, evə qayıtdım. Sonra benzini töküb evi yandırdım”.

Tərəflərin suallarını cavablandırılan V.Kolosov anası ilə qardaşının evdə olduqlarından xəbərsiz olduğunu deyib: “Elə bildim bacım təkdir. Anamla qardaşımın evdə olduğunu bilmirdim”.

Məhkəmə prosesi yanvarın 30-da davam edəcək.

Qeyd edək ki, cinayət hadisəsi ötən il iyunun 22-də gecə saat 00:55-də Bakının Xəzər rayonunda baş verib. Belə ki, həmin gün rayonun Dəmiryol küçəsindəki 4 nömrəli evdə yanğın qeydə alınıb. Yanğın nəticəsində 1959-cu il təvəllüdlü Soloveykina Nina İvanovna və onun 16 yaşlı oğlu Soloveykin Vadim Vladimiroviç müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Onların hər ikisi Respublika Yanıq Mərkəzinə aparılıb. Lakin iyunun 24-də V.Soloveykin aldığı ağır yanıq xəsarətləri nəticəsində dünyasını dəyişib.

Araşdırmalar zamanı məlum olub ki, Soloveykin ailənin böyük oğlu, 1993-cü il təvəllüdlü Kolosov Vitali Vladimiroviç doğmaları yatarkən evin hər yerinə benzin tökərək ona od vurub. V.Kolosov psixi çatışmazlıqdan əziyyət çəkir və o, psixiatrik xəstəxanada qeydiyyatdadır.

Həmçinin oxuyun

“Hər ay 2300 maaş, 15 min manat paket alırdım” – Sabiq nazirdən ETİRAF

Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və …