Ana səhifə / Kriminal / Tbilisidə üzərinə pəncərə şüşəsinin düşməsi nəticəsində ölən uşaq azərbaycanlıdır – YENİLƏNİB

Tbilisidə üzərinə pəncərə şüşəsinin düşməsi nəticəsində ölən uşaq azərbaycanlıdır – YENİLƏNİB

Tbilisinin Barataşvili küçəsində üzərinə pəncərə şüşəsi düşən və daha sonra xəstəxanada ölən uşağın azərbaycanlı, 14 yaşlı Aslan Məmmədov olduğu açıqlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, uşağın şəxsiyyəti Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin başsağlığı mesajında qeyd olunub.

“14 yaşlı Aslan Məmmədovun ölümü ilə nəticələnmiş faciə ilə bağlı uşağın valideynləri, ailəsi, sinif yoldaşları və müəllimlərinə dərin hüznlə başsağlığı verirəm”, – deyə baş nazirin başsağlığı müraciətində bildirilir.

A. Məmmədovun faciəvi ölümü ilə bağlı Gürcüstan prezidenti Giorgi Marqvelaşvili də başsağlığı verib.

***

18:19

Tbilisinin mərkəzindəki Barataşvili küçəsində baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almış uşaqlardan biri ölüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə yeniyetmənin yerləşdirildiyi İnqorovka adına xəstəxanadan bildirilib.

Həkimləri deyiblər ki, uşağın travmaları çox ağır olub və əməliyyat zamanı onun ürəyi dayanıb.

Qeyd edək ki, adı çəkilən küçədə yerləşən binaların birindən düşən pəncərə şüşəsi 6 uşağa xəsarət yetirib. Yerdə qalan 5 uşağın vəziyyəti stabildir.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı cinayət işi açıb.

***

17:07

Tbilisinin mərkəzindəki Barataşvili küçəsində yerləşən binaların birindən düşən pəncərə şüşəsi 6 məktəbliyə ciddi xəsarət yetirib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, yeniyetmələr xəstəxanaya yerləşdirilib. Onlardan biri əməliyyata alınıb.

Gürcüstanın Daxili İşlər Nazirliyi insidentlə bağlı araşdırma aparır.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …