Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Tbilisidə faciəvi şəkildə ölən azərbaycanlı məktəblinin meyiti ailəsinə təhvil verilib

Tbilisidə faciəvi şəkildə ölən azərbaycanlı məktəblinin meyiti ailəsinə təhvil verilib

Fevralın 28-də Tbilisinin Barataşvili küçəsində binaların birindən fasad şüşəsinin düşməsi nəticəsində ölən 14 yaşlı Aslan Məmmədovun meyiti məhkəmə-tibbi müayinədən sonra ailəsinə təhvil verilib. A.Məmmədov 7-ci sinif şagirdi olub və Tbilisinin Poniçala qəsəbəsində valideynləri və qardaşı ilə yaşayıb. Bədbəxt hadisə nəticəsində xəsarət almış 5 uşaq xəstəxanada müalicə olunur. Onların 3-ü azərbaycanlıdır. Uşaqların bu gün evə buraxılacağı gözlənilir.
Hadisə ilə bağlı cinayət işi açılıb, ekspertiza aparılır.(apa)

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …