Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Kriminal / Tbilisidən Bakıya gələn avtobusda qəzaya uğrayanlar məktəblilər və valideynləri olub

Tbilisidən Bakıya gələn avtobusda qəzaya uğrayanlar məktəblilər və valideynləri olub

Bakı-Qazax yolunda qəzaya düşən turist avtobusunun sərnişinləri orta məktəb şagirdləri və onların valideynləri olub.

APA-nın verdiyi məlumata görə, Gürcüstanın Qori şəhərindən olan orta məktəb şagirdləri və onların valideynləri Bakıya ekskursiyaya yollanıblar.

Avtobusda olan 20 uşaq və 10 valideyn müxtəlif dərəcəli xəsarətlər alıb.

***13:17

Bakı-Qazax yolunda sərnişin avtobusu qəzaya uğrayıb.

APA-nın xəbərinə görə, hadisə Hacıqabul rayonunun Atbulaq qəsəbəsi ərazisində qeydə alınıb.

Sərnişin avtobusu “KamAZ” markalı yük maşını və “Mercedes” markalı avtomobillə toqquşaraq yoldan çıxıb və kənardakı yaşıllıq zonasına girib. Avtobusda Tbilisidən Bakıya gələn 54 turist olub…

Səhiyyə Nazirliyi mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova virtualaz.org-a bildirib ki, Bakı-Qazax yolunda sərnişin avtobusunun “KamAZ” markalı yük maşını və “Mercedes” markalı avtomobillə toqquşması nəticəsində 18 nəfər xəsarət alıb.

Onun sözlərinə görə, xəsarət alanların vəziyyəti ağır deyil.

Mətbuat xidmətinin məsləhətçisi bildirib ki, xəsarət alanlar Şirvan və Hacıqabul rayon Mərkəzi xəstəxanalarına yerləşdiriliblər.

S.Əhmədova əlavə edib ki, qəza baş verən kimi hadisə yerinə Şirvandan 4, Hacıqabuldan isə 3 təcili tibbi yardım maşını gəlib: “Yaralılar təcili tibbi yardım maşınları vasitəsilə xəstəxanalara çatdırılıblar. Qəza nəticəsində ölən olmayıb”.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …