Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Kriminal / “Tarif Şurasının gördüyü tədbirlər səmərəsizdir”

“Tarif Şurasının gördüyü tədbirlər səmərəsizdir”

Prezident İlham Əliyevin tapşırığına əsasən, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir. İyunun 30-da Tarif Şurasının növbəti iclası keçirilib və daha 2557 dərman vasitəsinin qiyməti təsdiqlənib. Bu barədə şuradan verilən məlumatda bildirilib. Məlumata görə, ümumilikdə, indiyədək Şura tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla 9632 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti təsdiq olunub. Bu, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin 99%-ni təşkil edir.

Bunlardan 7300 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır, digər 2332 dərman vasitəsinin yeni qiymətləri isə bu ilin sentyabr ayının 1-dən qüvvəyə minəcəkdir.2016-cı il 1 sentyabr tarixindən etibarən qiymətləri təsdiq edilməyən dövlət qeydiyyatına alınmış dərman vasitələrinin satışı yalnız həmin dərmanların qiymətləri təsdiq olunduqdan sonra həyata keçirilə bilər.Həyata keçirilən siyasətə uyğun olaraq, qiymətləri yeni tənzimlənmiş 2557 dərman vasitəsinin də qiymətləri əhəmiyyətli dərəcədə aşağı salınıb. Belə ki, 29%-nin qiyməti mövcud qiymətlərlə müqayisədə 2 dəfədən çox, 11%-nin qiyməti 3 dəfədən çox, ümumilikdə 90%-nin qiymətləri endirilib.iqtisadi

Tanınmış iqtisadçı Azər Mehdiyev Legion.az-a bildirdi ki, dərmanların qiymətlərinin nizamlanması zamanı 10 ölkədə olan qiymətlər rəhbər tutulur.

“Tarif Şurasının qiymətləri təsdiqləməsindən sonra, çoxları dərmanların ucuzlaşmasını gözləyirdi. Amma bu gözləntilər faydasız oldu. Əksinə, dərmanların qiyməti daha da bahalaşdı, hətta bəzi dərmanlar apteklərdən yoxa çıxdı”, – deyə ekspert qeyd etdi.Onun sözlərinə görə, bu gün dünyada dərman qiymətlərinin tənzimlənmə mexanizmi geniş yayılıb.

“Mən dərmanların qiymətləri ilə bağlı monitorinq aparmamışam. Buna görə də, ölkəmizdəki mexanizmin nə qədər mükəmməl olduğunu deyə bilmərəm. Amma bu mexanizmin səmərəli çalışmaması əhalinin sözlərindən də görünür. Amma bu sözlərin nə dərəcədə doğru olduğunu bilmirəm”, – deyə A.Mehdiyev.

Həmçinin oxuyun

“Hər ay 2300 maaş, 15 min manat paket alırdım” – Sabiq nazirdən ETİRAF

Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və …

Bir cavab yazın