Ana səhifə / Kriminal / Tarif Şurasından dərmanların qiymətinə dair daha bir yenilik

Tarif Şurasından dərmanların qiymətinə dair daha bir yenilik

Tarif Şurası tərəfindən qiyməti tənzimlənmiş dərmanların süni bahalaşdırılması mümkün olmayacaq. Belə ki, qiymətləri tənzimlənmiş dərman vasitələrinin siyahısını mobil telefonlar vasitəsilə öyrənmək mümkün olacaq.

Bu barədə virtualaz.org saytına şuradan məlumat veriblər.

Xəbərdə deyilir ki, qiymətləri telefon və planşetlərə yükləməklə dərman vasitələrinin qiyməti, tərkibi, istehsalçı ölkəsi və təsdiq olunmuş qiymətlərin tətbiq edildiyi tarix barədə ətraflı məlumat almaq mümkünləşib. Bundan sonra isə ictimai nəzarətin daha bir formasının tətbiqinə imkan yaranacaq.

Qeyd edək ki, yeni dərman vasitələrinin qiymətləri təsdiqləndikcə bu cədvəllər də yenilənir.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın