Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Kriminal / Tarif Şurası “Viaqra”nın qiymətlərini dəyişdirdi – Kişilər üçün xəbər

Tarif Şurası “Viaqra”nın qiymətlərini dəyişdirdi – Kişilər üçün xəbər

Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına görə, son illər gənclər və orta yaşlı kişilər arasında cinsi zəiflik halları artıb. Bu isə öz növbəsində paralel olaraq cinsi aktivliyi artıran dərmanlara da tələbatın çoxalmasına səbəb olub.
Bu dərmanlardan istifadə dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da mövcuddur.
Mütəxəssilər deyirlər ki, son illər Azərbaycanda da müxtəlif səbəblərdən cinsi zəiflikdən əziyyət çəkən kişilərin sayında artım baş verib.
Bakıdakı apteklərin satıcıları da Modern.az-a deyiblər ki, son vaxtlar cinsi aktivliyi artıran preparatlar üçün əczaxanalara müraciət edənlər çoxalıb. Müraciət edənlərin daha çox 25 yaşdan yuxarı kişilər olduğu bildirilir. Apteklərə müraciət edənlər “Viaqra”, “Kamagra”, “Kanvertan”, “Venegra”, “Vizarsin” və bu kateqoriyadan olan digər adda preparatlar istəyirlər.
Moderator.az saytına məlum olub ki, Azərbaycanda manatın 21 dekabr devalvasiyasından sonra Tarif Şurası tərəfindən qiymətləri tənzimlənən dərman preparatları arasında cinsi aktivli artıran vasitələr də var. Tarif Şurasının qərarına görə, bu dərmanların qiymətlərində dəyişiklik edilib.
Dəyişikliklərdən sonra apteklərdə pərakəndə satılan “Viaqra”, “Kamagra”, “Kanvertan”, “Venegra”, “Vizarsin” kimi bu kateqoriyadan olan preparatlara tərkibindən və istehsal olunduqları ölkələrdən asılı olaraq 4 manatdan başlayaraq 333 manatdək qiymət qoyulub. Məsələn, Fransanın FAYZER PGM şirkətinin buraxdığı “Viaqra” dərmanı Bakıda 332 manat 90 qəpiyə satılır.
Misir istehsalı olan “Veneqra”ya isə 3 manat 88 qəpik qiymət qoyulub.

Həmçinin oxuyun

“Şərurlu İsfəndiyar”la bağlı yeni xəbər

2016-cı ildən fəaliyyəti dayandırılmış “Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləmiş, külli miqdarda mənimsəmədə təqsirləndirilən …

Bir cavab yazın