Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Kriminal / TAP üzrə işlərin 50%-dən çoxu tamamlanıb

TAP üzrə işlərin 50%-dən çoxu tamamlanıb

Sentyabr ayının əvvəlinə Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans Adriatik Boru Kəməri (TAP) üzrə işlərin 50%-dən çox hissəsi tamamlanıb.

“Report” TAP-a istinadən xəbər verir ki, bura mühəndislik, satılma və tikinti işləri daxildir.

Qeyd olunub ki, tikintiyə başlayandan keçən təxminən 16 ay ərzində 16 mln. adam/saat iş görülüb.

TAP-ın podratçıları Yunanıstan və Albaniyada layihənin marşrutunun təxminən 70%-ni (765 km-dən 539-ni) təmizləyiblər. Qaynaqlanan polad boruların 45%-dən çox hissəsi döşənib. TAP-in tikintisində istifadə olunacaq 55 min borunun təxminən 95%-i Yunanıstan, Albaniya və İtaliyaya çatdırılıb. Boru kəmərinin dəniz hissəsində istifadə olunacaq boruların sonuncu partiyası sentyabrın 3-6-da Brindisidə (İtaliya) boşaldılıb. TAP-ın keçdiyi ölkələrdə ümumilikdə 5 500 nəfərdən çox şəxs çalışır.

TAP-ın icraçı direktoru Luka Şipati boru kəməri üzrə işlərin vaxtında və büdcəyə uyğun icra olunduğunu bildirib: “Buna görə də “Şahdəniz-2” üzrə ilk qazın 2020-ci ildə Avropaya çatdırılacağı proqnozunu saxlayırıq”.

Həmçinin oxuyun

Nazim Bəydəmirlinin məhkəməsi başlayır

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə ibtidai istintaq …

Bir cavab yazın