Bazar ertəsi , İyun 24 2019
Ana səhifə / Kriminal / TAP layihəsi üzrə tikinti işləri qrafik üzrə davam etdirilir – RƏSMİ

TAP layihəsi üzrə tikinti işləri qrafik üzrə davam etdirilir – RƏSMİ

Transadriatik Boru Kəmərinin (TAP) tikintisi prosesi “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan Azərbaycan qazının Avropaya tədarükünün 2020-ci ildə başlanması planlarına uyğun olaraq davam edir.

Bunu “Trend”ə TAP layihəsi çərçivəsində İtaliyada zeytun ağaclarının yerinin dəyişdirilməsi ilə məşğul olan şirkətə hücumu şərh edən TAP-ın Əlaqələr şöbəsinin rəhbəri Lize Givert deyib.

Qeyd edək ki, mayın 18-nə keçən gecə bir qrup şəxs “Mello” şirkətinin binasına “Molotov kokteyl”ləri atıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Dəyəri 4,5 milyard avro olan TAP boru kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşəcək.

Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur, hazırda layihə üzrə işlərin 55 faizi yerinə yetirilib. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC – 58 faiz, “Botaş” – 30 faiz və BP şirkəti – 12 faiz.

Həmçinin oxuyun

120 kiloqramlıq azərbaycanlının davada ölməsinə görə millətlərarası münaqişə?

Rusiyanın Sverdlovsk vilayətinin Nijnıy Serqı şəhərində, gecə klublarından birinin qarşısında iyunun 22-də baş vermiş davada …

Bir cavab yazın