Bazar ertəsi , Yanvar 30 2023
Ana səhifə / Kriminal / Tanınmış teleaparıcının oğlu məktəbdə döyüldü: “Övladıma görə narahatam…”

Tanınmış teleaparıcının oğlu məktəbdə döyüldü: “Övladıma görə narahatam…”

Tanınmış teleaparıcı Zamirə Dadaşovanın oğlu məktəbdə döyülüb.

Bu barədə Z.Dadaşova özü məlumat verib.

“Oğlum Nərimanov rayonunda 43 saylı liseydə təhsil alır, 7-ci sinif şagirdidir. Tənəffüsdə bu sinifə dərs keçməyən müəllim tərəfindən oğlumla eyni sinifdə oxuyan şagird şiddətə məruz qalıb. Belə ki, sinifdə monitorinq olub və başqa müəllim monitorinqdə iştirak edib. Tənəffüsdə uşaq sinifdən çıxmaq istəyəndə müəllim onu döyüb. Belə hallar birinci dəfə deyil baş verir. Susduqca bir az da üstünə qoyurlar. Uşaqlar belə müəllimlərdən nə öyrənəcəklər, nə savad, nə tərbiyə alacaqlar? Müəllim əvvəlcə özü tərbiyə olunmalıdır ki, uşaqlara nümunə olsun. Şəssən övladıma görə narahatam, sabah oğlumla eyni formada davranmayacaqlarına kim zəmanət verir?! Oğlan uşaqlarını qızların gözü qarşısında bu hala salmaq nə deməkdir? Müəllimin psixoloji problemləri varsa, dərs keçməsin. Aidiyyatı qurumlardan ölçü götürülməsini xahiş edirəm”, – Z.Dadaşova bildirib.

Həmçinin oxuyun

Azərbaycanlı kriminal avtoritet şok ittihamla tutuldu

Yanvarın 27-də 43 yaşlı keçmiş “qanuni oğru” Rafet Əmirov Özbəkistanda saxlanılıb. Azərbaycanlı kriminalın iki dövlət- …