Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Tanınmış kikboksinq ustasının oğlu qətlə yetirildi

Tanınmış kikboksinq ustasının oğlu qətlə yetirildi

Gəncə şəhərində qətl hadisəsi törədilib. Yerli sakin Elnur Alıyev şəhər ərazisində yerləşən Çay evlərindən birində mübahisə zəminində bıçaqlanıb.

İlkin məlumata görə, E.Alıyev 1 manat üstündə tanışı ilə aralarında yaranmış mübahisə zamanı bıçaqlanıb. Yaralı aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Bildirilir ki, E. Alıyev Gəncədə tanınmış kikboksinq üzrə məşqçi İlqar Alıyevin oğludur.

Davanın digər iştirakçısının da ağır yaralandığı və xəstəxanaya aparıldığı barədə məlumat yayılıb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır. Virtualaz.org


Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …