Bazar ertəsi , İyun 27 2022
Ana səhifə / Kriminal / Tanınmış hakinin katibi həbs edildi – Cahangir Hacıyevlə eyni kameradadır

Tanınmış hakinin katibi həbs edildi – Cahangir Hacıyevlə eyni kameradadır

Bakı Ağır Cinayətlər Məhkəməsinin tanınmış hakiminin katibi həbs edilib. Criminal.az xəbər verir ki, uzun illər məhkəmə iclas katibi işləmiş Elman Məlikov artıq Kürdəxanı həbsxanasına göndərilib. O, Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevlə eyni kamerada saxlanılır.Əldə edilən ilkin məlumata görə, E.Məlikov Bakı Ağır Cinayətlər Məhkəməsinin başqa hakimi Faiq Qəniyevin icraatında baxılan ölüm işi ilə bağlı tərəflərdən birindən işi həll edəcəyini vəd verərək külli miqdarda pul alıb. Lakin işi həll etmədiyindən onun əməlinin üstü açılıb. Məsələdən xəbər tutan Ə.Abbasov və məhkəmə rəhbəri onu dərhal işdən azad edib. Həbsindən bir müddət əvvəl E.Məlikov Criminal.az saytına barəsində yayılan xəbərləri qarayaxma adlandırmışdı: “19 il məhkəmədə qüsursuz işləmişəm. Məhkəmədən isə öz istəyimlə ayrılıb başqa işə keçmişəm”. 

Həmçinin oxuyun

Sabiq MTN-çi Sahib Ələkbərov jurnalisti təhqir etdi – Məhkəmə sədri Həbib Həsənov isə… + VİDEO

Bakı Hərbi Məhkəməsində 9 aya yaxındır ki, Milli Təhlükəsizlik Nazirliyinin (2015-ci ildə ləğv olunub) İstintaq …