Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / Kriminal / Tanınmış gitaraçını öldürən oğlu ilə bağlı qərar verildi

Tanınmış gitaraçını öldürən oğlu ilə bağlı qərar verildi

Tanınmış gitaraçı Nofəl Süleymanovu ehtiyatsızlıqdan öldürməkdə təqsirləndirilən 17 yaşlı oğlu Şövqü Süleymanovun məhkəmə prosesi yekunlaşıb.

Nizami rayon Məhkəməsində hakim Rauf Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə 2 il müddətinə islah işləri ilə cəzalandırılıb.

Qeyd edək ki, Nizami rayon Prokurorluğunun yaydığı məlumata görə, 2003-cü il təvəllüdlü Şövqü Süleymanlı paytaxtın Nizami rayonu ərazisində yerləşən yaşadıqları evin mətbəxində atası Nofəl Süleymanlının adına olan “Escot” markalı 12 kalibrli ov tüfəngində olan patronları boşaldarkən ehtiyatsızlıqdan tüfəngdən açılmış atəş nəticəsində qırmalar həmin vaxt mətbəxin eyvanında olan atası Nofəl Süleymanlının kürək nahiyəsinə dəyib, sonuncu aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Unikal.org

Həmçinin oxuyun

Bakıda dayə evdən oğurluq etdi- Cinayəti törədənin 12 yaşlı öz qızı olduğunu dedi

Bakıda dayə işlədiyi evdən oğurluq etməkdə ittiham olunur. İşin ilginc tərəfi budur ki, qadın oğurluğu …